• 17:13

Balakəndə yol qəzası ölümlə nəticələnib

17 Yanvar 2020, 17:09

Balakəndə avtomobillə vurulan piyada xəstəxanada ölüb.

 

İnterAz xəbər verir ki, hadisə yanvarın 16-sı axşam saatlarında rayonun Balakən-Qabaqçöl avtomobil yolunda baş verib. Rayonun Talalar kənd sakini, 67 yaşlı Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Abdurəhman Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Abdurəhman Hacıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. 

 

***

 

Lənkəranda isə yol qəzası 20-dən çox evi təbii qazsız qoyub.

 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərinin Zövlə kəndində “Mercedes” markalı minik avtomobili əvvəlcə qaz borusuna daha sonra isə yol kənarındakı ağaca çırpılıb. 

 

hadisə yerinə cəlb olunan nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfər Cavid İsmayevi deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıblar.O Lənkəran rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.Qəza nəticəsində qaz borusu zədələndiyindən yaxınlıqda olan 20-dən çox evə təbii qazın verilişi müvəqqəti olaraq dayandırılıb.

 

Faktlarla bağlı araşdırma aparılır.