• 22:42

Mingəçevirdə Qarabağ əlili ev ala bilmir

12 Fevral 2020, 12:07

Birinci qrup Qarabağ əlili 20 ildən artıqdı Mingəçevir şəhərindəki mağazalardan birinin anbarında ailəsi ilə birlikdə yaşayır. 49 yaşlı Natiq Abbasov Mingəçevir şəhərində anadan olub. 1992-ci ildən 1994-cü ilə qədər Ağdam, Ağdərə, Goranboy istiqamətində gedən döyüşlərdə iştirak edib. Ağır döyüşlərdən birində ayağını itirib. Uzun müddət kirayədə yaşadıqdan sonra 1997-ci ildən hazırda yaşadığı anbara köçüb. Ev növbəsində olduğunu bildirən Mingəçevir sakini, adiyyatı qurumlar tərəfindən hər il ona mənzil veriləcəyi vədini bildirildiyini deyir.

 

Natiq Abbasov bildirir ki, Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları mənzilə baxış keçirib və rəy verib ki, bu anbarda yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. 

 

Adiyyatı qurumlarlar isə növbəni gözləməyi məsləhət bilirlər.