• 12:28

Mingəçevirdə heyvanlarda yarana biləcək xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır

13 Fevral 2020, 17:06

Mingəçevirdə iribuynuzlu heyvanlar, itlər və ev quşları arasında yarana biləcək xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır. Şəhər Baytarlıq İdarəsi tərəfindən yanvar ayından başlayan profilaktik tədbirlər yekunlaşmaq üzrədir. Bu müddət ərzində 2000-ə yaxın iribuynuzlu heyvan qarayara, 4500-dən artıq ev quşu nyukasl xəstəliyinə qarşı peyvənd edilib. 

 

Təsərrüfat sahibləri də aparılan peyvəndlənmənin baş verə biləcək xəstəliklərin qarşısını alınmasında mühüm rol oynadığını bildiriblər.

 

 Onu da qeyd edək ki, prosesin gedişində heyvanlarda hər hansı təhlükəli xəstəlik aşkarlanmayıb.