• 19:07

Goranboy sakini öz imkanları ilə kvadrasikl düzəldib

23 Mart 2020, 12:08

Goranboy sakini düzəltdiyi kvadrasiklla həmkəndlilərinə pulsuz xidmət göstərir.

 

Rayonun Yəhərçi Qazaxlar kənd sakini düzəltdiyi bu qurğu ilə kənddə keçirilən  yas mərasimlərində də sakinlərə yrdım edir. Mahir Xəlilov müxtəlif avtomobillərin detallarından hazırladığı minik vasitəsini 1 il müddətinə ərsəyə gətirib. 41 yaşlı ustanın əl işinə maraq böyükdür, hazırda ona 2 min manat təklif edənlərdə var. Onun hazırladığı kvadrasiklı çətin şəaritli yollarda da idarə etmək mümkündür. 

 

Yəhərçi Qazaxlar kənd sakinləri də Mahir Xəlilovun düzəltdiyi kvadrasiklı maraqla qarşılayırlar. O hazırladığı minik vasitəsi ilə həmkəndlilərinə də xidmət göstərir

 

 Goranboy sakini əl işini daha da təkminləşdirməyi düşünür.