• 18:28

Ucarda bayram tonqalı bədbəxt hadisəyə səbəb olub

23 Mart 2020, 15:55

Ucarda bayram tonqalı bədbəxt hadisəyə səbəb olub. Bayram tonqalının üzərindən atılmaq istəyən qız odun üstünə düşərək yanıb. 

 

Zərərçəkən, Rəstəcə kənd sakini, 22 yaşlı Səkinə Sərdar qızı Həsənova dərhal ətrafdakıların köməyi ilə xilas edilib və  Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun yanıq xəsarətləri ağır olduğundan müalicəsini davam etdirmək məqsədilə bakıdakı xəstəxanalardan birinə göndərilib.