• 16:07

Mingəçevirli gənc qədim sənət nümunəsini yaşatmaqdadır

24 Mart 2020, 14:23

Özü gənc olsada qədim peşəçilik sahələrindən olan  tikmə sənəti ilə məşğul olur. Mingəçevirdə yaşayan Sonaxanım Əzizova bir neçə ildi unudulmaqda olan "Sanama” tikiş növündə əl işləri hazırlayır. Kiçik yaşlarında nənəsində gördüyü, böyüdükdə isə rəfiqəsindən öyrəndiyi qədim tikməni internetdə izləməklə daha da təkminləşdirib. Sonaxanım Əzizova hazırladığı əl işlərinin o qədər də tez ərsəyə gətirməyin mümkün olmadığını deyir. Diqqət və səbr tələb edən iş fasilələrlə 7-10 günə tamamlanır.

 

 Qədim tikmə sənəti ilə məşğul olan Mingəçevir sakininin əl işlərinə marağı böyükdür. Gənc xanım hazırladıqlarının satışını etməklə yanaşı “Sanama” tikiş növünü öyrənmək istəyənlərə də bildiklərini əsirgəmir. Məqsədi isə qədim sənət nümunələrini yaşatmaqdır. Sonaxanım Əzizova əl işlərini müxtəlif müsabiqlərə də təqdim edib.

 

Sonda onu da qeyd edək ki, qədim tikmə sənətindən hazırlanan əl işlərinin paytaxtda sərgisi də təşkil edilib.