• 15:29

İsmayıllıda fərdi yaşayış evi yanıb

24 Mart 2020, 12:34

İsmayıllıda fərdi yaşayış evi yanıb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, evin əşyaları tamamilə yanıb. 

 

Rayonun Üzeyir Hacıbəyov küçəsi, ev 3, dalan 4 - Hacıyev Elşən Zakir oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı ev yanaraq külə dönüb. Yanğın gecə saat 04:00 radələrində anidən baş verib. Ailə üzvləri təlaş içində olduqlarından yanğına müdaxilə edə bilməyiblər. Xəsarət alan olmayıb, lakin evdəki  əşyalar tamamilə məhv olub.  

    

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ  ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.