• 19:26

Bölgələrdə dezinfeksiya işləri həyata keçirilir

25 Mart 2020, 14:37

COVİD 19 infeksiyasının yarada biləcək əhlükənin qarşısını almaq məqsədi ilə  qabaqlayıcı tədbirlər  Paytaxtla yanşı bölgələrdə də davam etdirilir. Küçələr və prospektlər xüsusi maddələrlə yuyulur,

 

Cəlilabadda bu günə kimi 125  təsil müəssəsi 20 baxça dezinfeksiya olunub.Hazırda raynda inctimai yerlər-yaşayı binaları, məscidlərin dezinfeksiya olunması davam etdirilir.küçələr isə xüsusi dezinfeksiyaedici maddələrlərə yuyulur.Ümumilikdə isə işə gündəlik 2 texnika  Rayon Gigiyena və Epidemiologiya mərkəzi və Dezinfeksiya stansiyasının   20- yaxın əməkdaşı  cəlb olunub.

 

 Rayon Mərkəzi Xəstəxanasında əks epidemik tədbirlərin dayanıqlı həyata keçirlməsindən ötəri xüsusi dayaq məntəqəsi yaradlıb.Əraziyə daxil olan təcili -tibbi yardım avtomobilləri giriş və çıxış zamanı dezinfeksiya edilir.

 

Göyçay rayonunda isə  kənd təsərrüfatı mallarının satış bazarı dezinfeksiya edilib. Göyçay Rayon Profilaktik Dezinfeksiya Şöbəsinə bazar rəhbərliyinin müraciəti əsasında planlı şəkildə tədbirlər görülür. 3 hektardan çox sahəni əhatə edən bazar, əsasən, rayon sakinlərinə, eyni zamanda digər bölgələrdən gələn əhaliyə xidmət göstərir. Kənd təsərrüfatı məhsulları  həm topdan, həm də pərakəndə satış bölmələrindən ibarətdir.

 

Burada dezinfeksiya işləri artıq üçüncü dəfədir ki aparılır. İnsanların ən çox sıx olduğu, alış - veriş etdiyi,  təmasda olduğu yerlərə xüsusi dezinfeksiyaedici məhlul səpilir. Bu gündən Nazirlər Kabinetinin qərarına əsasən,  bütün ölkədə olduğu kimi,  bazar səhər saatlarından günorta 3 - ə qədər fəaliyyət göstərir. 

 

Bildirilib ki, işlər həftədə bir dəfə olmaqla görülür. Bunun üçün bütün ərazinin dezinfeksiya edilməsi məqsədi ilə xüsusi avadanlıqdan istifadə edilir.