• 03:31

Qubada dezinfeksiya işləri aparılır

25 Mart 2020, 15:34

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Nazirlər Kabinetinin yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Quba rayonunda da zəruri tədbirlər həyata keçirilir.

 

Rayon icra hakimiyyəti yanında aidiyyəti yerli dövlət qurumlarının rəhbərlərindən ibarət qərargah yaradılıb, idarə, müəssisə və təşkilat rəhbərlərinə virusun yayılmasının qarşısını almağa kömək edəcək tədbirlərin görülməsi tapşırılıb.Rayonda mövcud uşaq bağçalarında, məktəblərdə, idarə və təşkilatlara məxsus inzibati binalarda, çoxmənzilli yaşayış binaların pilləkən qəfəslərində və həyətlərində sanitar-dezinfeksiya işləri görülüb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulur.

 

Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun vətəndaşların maarifləndirilməsi aidiyyəti qurumlarvə rayon icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələr vasitəsilə həyata keçirilir.