• 18:31

Qırmızı körpü sərhəd buraxılış məntəqəsində karantin məntəqə çadırları qurulub

25 Mart 2020, 15:41

Azərbaycan ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Gürcüstanla da “Qırmızı körpüsərhəd-keçid məntəqəsinin ərazisində Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub. Çadır şəhərçiyi fasiləsiz olaraq vətəndaşlara xidmət edir.

 

Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələr tibbi avadanlıqlarla təchiz edilİB. “Qırmızı körpüsərhəd-keçid məntəqəsinin ərazisində yaradılan çadır şəhərciyində FHN-in tibbi briqadaları fəaliyyət göstərir. Sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə edilir, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyə edilir. Şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunur. 

 

Burada qəbul-çeşidləmə məntəqəsində 60 çadır olmaqla eyni vaxtda 300 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. Sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandığı halda çadırların sayı qısa müddətdə artırıla bilər. “Qırmızı körpüsərhəd-keçid məntəqəsində hər iki ölkə ərazisində qalan vətəndaşların təxliyyəsi və yaşıl dəhliz vasitəsi ilə yük avtomobillərinin hərəkəti də təmin edilir.

 

Martın 14-dən etibarən Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Martın 18-dən isə Gürcüstan öz vətəndaşları istisna olmaqla, əcnəbiləri ölkə ərazisinə buraxmır. Hər iki ölkə vətəndaşlarının vətənə qayıtmasına şərait yaradılır.