• 10:21

Mingəçevirdə restoran tənha yaşayan yaşlı sakinləri yeməklə təmin edir

26 Mart 2020, 12:38

Mingəçevirdə fəaliyyət göstərən iaşə obyektlərindən biri Nazirlər Kabinetinin evdə qalmaq qərarı verilən 65 yaşdan yuxarı tənha şəxslərə sosial dəstəyin göstərilməsi  ilə bağlı qərarına könüllü dəstək nümayiş etdirib. Şəhərdə fəaliyyət göstərən restoranlardan biri tənha yaşlı insanların bir qrupunu gün ərzində təmənnasız olaraq hazırladıqları təamlarla təmin edir. Restoranın administratoru Vüqar Səlimov Bildirib ki, Onlar restoranın menyusuna daxil olan yeməklərdən paketləyərək pulsuz olaraq Mingəçevirdə yaşayan yaşlı sakinlərin evlərinə çatdırırlar.

 

78 yaşlı şəhər sakini Sevil Tağıyeva restoran kollektivinin ona qayğısından çox məmnun qaldığını bildirib. Bu yaşında ilk dəfədir ki, belə süprizlə qarşılşadığını bildirib.  

 

 Bununla da kollektiv evdə qal biz sizə xidmət göstərək çağırışına dəstək nümayiş etdirirlər.