• 05:17

Astara rayonunun bir sıra kəndləri elektrik enerjisi ilə təmin edilib

21 May 2020, 16:27

Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşankəndləri illər sonra elektrik enerjisi ilə təmin olunub.

 

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, adı çəkilən kəndlərdə işləri tam yekunlaşdırıb.

 

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb.Keçilməz dağ yollarında texnika işləyə bilmədiyi üçün mal-materalınböyük hissəsini “Azərişıq” ASC-nin əməkdaşları əllə daşıyıb.