• 12:54

Kürdəmirdə koronavirusla mübarizə tədbirləri gücləndirilib

25 May 2020, 12:26

Koronavirus pandemiyasının yayılma coğrafiyasına görə Mərkəzi Aran rayonları, nədənsə, ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır. Təkcə son 3 gündə rayonun Sığırlı kəndində 12 nəfər bu virusa yoluxub. Onların içərisində 1 yaşlı uşaq da var. Məsələ ilə bağlı rayon rəhbərliyi səviyyəsində həyəcan təbili çalınıb və bütün aidiyyəti qurumların şəxsi heyyəti məhz Sığırlı kəndi və ətraf ərazilərə yönəlib. 

 

Sakinlərdən elə yerindəcə analizlər götürülüb. Onlara zərurət olmadığı halda evdən bayıra çıxmamaq, tibbi maskalardan, əlcəklərdən istifadə etmələri tövsiyə edilib. 

 

Yayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçrilməsi nəzərdə tutulur. Xatırladaq ki, Kürdəmir rayonu üzrə bu günə kimi 61 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfəri sağalıb.