• 13:46

Hacıqabulda minik avtomobili “KamAZ”la toqquşub, xəsarət alanlar var

29 May 2020, 13:08

Hacıqabulda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

 

Hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü - 34 yaşlı Əzimov Vasif Cümşüd oğlu  idarə etdiyi Şevrolet markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və qarşısında hərəkət edən Kamaz markalı yük maşınına çırpılıb.Nəticədə Şevroletdə olan sərnişinlər - Yevlax rayon sakinləri 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rəfael İdris oğlu və Ağcabədi rayon sakini 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif növ bədən xəsarətləri alıb.Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə  Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aprılıb.

 

Fakt araşdırılır.