• 13:16

Göyçayda narkotik maddələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

29 May 2020, 13:18

Göyçayda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirdə rayon sakini şübhəli şəxs qismində saxlanılıb.

 

Saxlanılan  Zaur Bağırov narkotik tərkibli maddələrin kultivasiyasında təqsirli bilinb. Hüquq-mühafizə orqanları əməkdaşları onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Bu zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.