• 15:23

Ölkəmizə yüksək keyfiyyətli kombaynlar gətirilib

27 Iyun 2020, 12:28

Hidrovlik sistem, bort komputerlə idarə olunan sükan. Yəqin ki, elə başa düşdünüz ki, sizə ən son model avtomobildən bəhs edəcəyik. Xeyir.Bu innovasiyalar ölkəmizə yenicə gətirilmiş  kombaynların texniki təchizatının tərkib hissəsidir. Dağlıq və maili ərazilərdə biçin aparıması üçün ixtisaslaşmış kombayınlar 4X4 rejimində hərəkət edir.bu da kombayının daha da keçilməz ərazilərədə hərkət etməsinə imkan verir. 

 

Kombayının texniki imkanları ona 38 dərəcəyə qədər maililik relyefində biçin aparmağa imkan verir. Digər Kombaynlardan fəqli olaraq onun Buğda çəninin həcmi 3 min yox 6 min litr həcmindədir.Bundan başqa texnika  küləşi samana çevirmək üçün samanqıran qurğu ilə də təchiz olunub.lazım gəldikdə bu quğu mərkəzi bourt sistmindən işə salına bilər.

 

Yeni kombaynın köməyi ilə istənilən dənli, paxlalı bitkilərin biçinin aparmaq mükündür.İlk partiyası ölkəmizə gətrilən Kombayınlar artıq Yardımlı və Cəlilabad rayonlarının dağlıq ərzailərində biçinə cəlb edilib.

 

 Çətin relyef şəraitində işləməsinə baxmayaraq bir hektarın  biçin qiyməti 38 manat tşkil edir.Hazırda ölkə ərazisinə bu kobmbaynlardan 25 ədəd gətirilib.Zərurət yaranacağı təqdirdə  əlavə bu tip kombaynlardan yenə də alına bilər.