• 09:39

"Azərbaycan" İstilik Elektrik Stansiyasında yenidənqurma işləri aparılıb

29 Iyun 2020, 12:27

2018-ci ildə qəza baş verən "Azərbaycan" İstilik Elektrik Stansiyası yenidən qurulub. Təmirdən sonra stansiyada enerji blokları avtomatik rejimdə idarə olunur. Ən əsası isə "itirilmiş" 800 meqavata yaxın güc bərpa edilib. Yenidənqurma nəticəsində "Azərbaycan" İstilik Elektrik Stansiyasının ömrü ən azı 20-30 il uzadılıb. 39 il öncə təməli qoyulan stansiyanın . Bundan sonrakı illərdə enerji blokların sayı 8-ə çatdırlıb.

 

2018-ci il iyulun 3-də baş vermiş qəza nəticəsində isə enerji sistemi tam çöküb və ölkə enerjisiz qalıb. Elə həmin ildən də yenidənqurma işlərinə başlanıb. 8 enerji blokunda lazım olan texniki avadanlıqlar, material və ehtiyyat hissələri xarici ölkələrdən gətirilərək yenilənib. 

 

 Qəza baş verən 330 və 500 kV-luq yarımstansiyalarda hava açarları eleqaz açarlarla əvəzlənib, istismar müddətini bitirdiyindən hər an partlaya bilən bütün cərəyan transformatorları, o cümlədən gərginlik transformatorları yenilənib. Bununla yanaşı "Azərbaycan" İES-in Baş İdarəetmə Mərkəzi tikilib. Stansiyanın ərazisindən keçən "Yuxarı Qarabağ" kanalının dib hissəsi, sağ və sol yamacları da 1 km məsafədə betonlanaraq əsaslı təmir edilib. Görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 ildən artıq uzadılıb və təhlükəsizlik təmin edilib. 2018-ci ildə qəza baş verən "Azərbaycan" İstilik Elektrik Stansiyası yenidən qurulub. Təmirdən sonra stansiyada enerji blokları avtomatik rejimdə idarə olunur. Ən əsası isə "itirilmiş" 800 meqavata yaxın güc bərpa edilib. Yenidənqurma nəticəsində "Azərbaycan" İstilik Elektrik Stansiyasının ömrü ən azı 20-30 il uzadılıb. 39 il öncə təməli qoyulan stansiyanın . Bundan sonrakı illərdə enerji blokların sayı 8-ə çatdırlıb.

 

2018-ci il iyulun 3-də baş vermiş qəza nəticəsində isə enerji sistemi tam çöküb və ölkə enerjisiz qalıb. Elə həmin ildən də yenidənqurma işlərinə başlanıb. 8 enerji blokunda lazım olan texniki avadanlıqlar, material və ehtiyyat hissələri xarici ölkələrdən gətirilərək yenilənib. 

 

Qəza baş verən 330 və 500 kV-luq yarımstansiyalarda hava açarları eleqaz açarlarla əvəzlənib, istismar müddətini bitirdiyindən hər an partlaya bilən bütün cərəyan transformatorları, o cümlədən gərginlik transformatorları yenilənib. Bununla yanaşı "Azərbaycan" İES-in Baş İdarəetmə Mərkəzi tikilib. Stansiyanın ərazisindən keçən "Yuxarı Qarabağ" kanalının dib hissəsi, sağ və sol yamacları da 1 km məsafədə betonlanaraq əsaslı təmir edilib. Görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 ildən artıq uzadılıb və təhlükəsizlik təmin edilib.