• 18:21

Zaqatalada oğurluq etdiyi evi yandıran iki dost tutulub

10 Iyul 2020, 17:53

Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

 

Bu barədə İnterAz-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən  istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

 

Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol  kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.