• 04:19

Ucarda qarğıdalı əkini davam edir

13 Iyul 2020, 11:44

Ucarda qarğıdalı  əkini davam  edir.  Rayonda ikinci əkin işləri artıq start götürüb. 20 hektar sahədə qarğıdalı bitkisinin toxumu torpağa səpilib. 

 

Taxıl əkinlərindən sonra növbəli əkin sisteminə uyğun olaraq qağıdalı bitkisinin əkilməsi planlaşdırılıb. Plana uyğun olaraq hal-hazırda hektarlarla sahədə bu bitkinin ikinci məhsul kimi əkini artıq başa çatmaq üzrədir. Qeyd edək ki, əkin prosesi özündə bir neçə mərhələni birləşdirir. Torpaq əkinə tam yararlı vəziyyətə gətirilidikdən sonra toxumların səpini aparılır. Mütəxəssislər deyir ki, növbəli əkin sistemi tiorpağın struktunun formalaşmasında, torpağın havalanması və tənəffüs sistemində böyük rol oynayır. Torpaqların ildə iki dəfə əkilməsi fermerlərə ikiqat gəlir əldə etmək imkanı verdiyi kimi, ikinci bir tərəfdən də torpaqğın məhsuldarlıq qabiliyyətini artırır. 

 

 Toxumun səpini ilə məhsul yığımı arasında təxminən 90 gün olduğu deyilir. Aqrotexniki və kultivasiya tədbirlərinə vaxtında əməl edildiyi təqdirdə builki əkindən yüksək miqdarda məhsul alınacağı güman edilir. 

 

 Mütəxəssislər taxıl əkinlərində məhsul sahədən biçilib götürüldükdən sonra ikinci əkin olaraq qarğıdalı əkininə başlamağın daha məqsədəuyğun olduğunu deyirlər. Bununla həm heyvandarlığın, həm də toxumçuluğun inkişafına şərait yaradacağını bildirirlər. Eyni zamanda qarğıdalı bitkisinin əkin coğrafiyasının genişlənməsi ölkədə bol məhsuldarlığa və kənd təsərrüfatının inkişafında yol açır.