• 04:23

Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələniblər

13 Iyul 2020, 12:12

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyevin oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyini müəyyənləşdiriblər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan İnterAz-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

 

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb. Belə ki, bölmə əməkdaşları şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

 

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.