• 19:55

Kürdəmirdə bir kənddə 31 nəfər koronavirusa yoluxub

28 Iyul 2020, 12:10

“Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə də insanlar özlərini qoruyur.  Bu ərəfələr kütləvi toplanış yerlərində yaxın təmas birə-bir təhlükə mənbəyidir. Milli mentaritetimizdə sakinlərimiz nə qədər cana yaxın olsalar da, dünyanı cənginə alan bu hücum dövründə gərək bu xüsusiyyətimizdən müvəqqəti də olsa, əl çəkək. Çünki onlar da yasa yığışmışdılar. Dünyadan köçən bir insanı son mənzilə yola salmaq üçün bir araya gəlmişdilər. Nəticəsi isə budur. Baxın, bircə anın içində virus daşıyıcısı olan bir insan başqa şəhərdən yasa gəlir və oradakı xeyli sayda insanı da yoluxdurur. 

 

Məsələ ilə bağlı, nəinki, rayon, ümumrespublika səviyyəsində həyəcan təbili çalınıb. Təəssüflər olsun ki, qısa aralarla bu təbil artıq ikinci dəfədir eyni məkandan gəlir... Yenə aidiyyəti qurumlar səfərbər olub, yenə hüquq mühafizə orqanları gecə-gündüz demədən nəzarəti artırıb. 

   

Aidiyyəti qurumlar çalışır, ona söz yox. Çalışırlar ki, insanlarımız bu təhlükədən yan keçsin, xələl görməsin, amma, nədənsə insanlarımız özləri bunu o qədər də istəmir. Ya istəmir, ya da məsuliyyətsizlik edirlər. Axı həftələrlə, aylarla eyni sözləri eşidirik. Rəsmilər az qala yalvaralar ki, özünüzü qoruyun. İndi Kürdəmirin Pirli kəndində koronavirus sayı  31-dir, vəziyyət, demək olar ki, nəzarətdədir. Vəziyyətin necə dəyişəcəyini isə zaman göstərir.