• 20:00

Sabirabadda hektarlarla sahə damlama üsulu ilə suvarılır

28 Iyul 2020, 12:13

Sabirabadda hektarlarla meyvə bağları damla üsulu ilə suvarılır. Beləcə, həm xeyli su itkisinin qarşısı alınır, həm də məhhsuldarlıq daha yüksək olur. Rayonun Məmişlər kəndində fermer təsərrüfatı ilə məşğul olan Miribrahim Zülfüqarov 31hektar meyvə bağı becərir. 4 ildir ki, bu təsərrüfatla məşğul olan fermerin bağında gilasdan tutmuş nara qədər, demək olar ki, hər cür meyvəyə rast gəlmək olar. Bağ çox səliqəli, ağaclararası məsafələr də dəqiqliklə ölçülüb. Fermer deyir ki, artıq suvarmada yeni üsuldan istifadə edir. Belə ki, ağacların arasından su xətləri keçirib. Hər bir ağacın dibinə  həmin xətlərdən damcı-damcı su sızılır. Gün ərzində 5 saat suvarılan bağdakı ağacların dibi bu vasitə sayəsində hər zaman nəm qalır, quraqlıq yaşamır. Fermerin bu fəaliyyəti Dövlət Aqrar İnkişaf Mərkəzinin Sabirabad Rayon Şöbəsinin də diqqətindədir. Mərkəzin mütəxəssisləri də mütəmadi olaraq fermerlərlə görüşür, onlara öz maddi-texniki yardımlarını göstərir.

 

Qeyd edək ki, damla suvarma üsulu sisteminin təşkili müəyyən qədər çətinliklə başa gəlsə də, artıq sınanmış və sınaqdan çox uğurla çxmış təcrübə sayılır. İri, orta və kiçik fermer təsərrüfatı ilə məşğul olan şəxslər də bu yolla öz əkin sahələrini sulaya bilər. Beləcə, həm suya qənaət etmiş olarlar, həm də məhsuldarlıq daha yüksək olar.