• 00:49

Goranboyda yük avtomobili yanıb, magistral yolda tıxac yaranıb

30 Iyul 2020, 12:08

Goranboyda hərəkətdə olan yük avtomobilinin qoşqusunda yanğın baş verib.

 

Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində baş verib. Yük avtomobilinin qəfildən qoşqusunda daşıdığı ot bağlamaları alışıb. Alov tez bir zamanda avtomobili ağuşuna götürdüyündən hadisə yerinə yanğınsöndürənlər çağrılıb. 3 avtomobil və canlı qüvvə çətinliklədə olsa yanğını söndürməyə nail olub. Hadisə baş verən ərazidə avtomobilərin hərəkətdində ləngimələr yaranıb. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.