• 06:34

Astarada gəlin qaynatasını bıçaqlayıb

14 Sentyabr 2020, 14:25

Astarada bıçaqlanma hadisəsi baş verib. 25 yaşlı gəlin qayınatasını bıçaqlayıb.

 

Hadisə gecə saatlarında Maşxan kəndində baş verib. Kənd sakini, 60 yaşlı Nadir Axundov öz evində gəlini, 25 yaşlı Aysel Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan kişi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb, vəziyyəti normal qiymətləndirilir. 

 

Qeyd edək ki, Aysel Axundova 5 il əvvəl hadisəni törətdiyi evə gəlin gəlib. Son günlər isə həyat yoldaşı ilə boşanma ərəfəsində olub və gəlinin yenidən ər evinə qayıtmaq istəyi qaynatasının narazılığına səbəb olub. Nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib. Polis əməkdaşları tərəfindən saxlanılan Aysel Axundova törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.