• 20:38

Kürdəmirdə gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb

14 Sentyabr 2020, 15:43

Kürdəmirdə gənc qız özünü hərəkətdə olan avtobildən atıb.

 

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Sürücü  27 yaşlı Kürdəmir rayon Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu VAZ-2107 markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən onun sərnişini 21 yaşlı Kürdəmir rayon Şıxımlı kənd sakini Şükürova Ayşən Aqil qızı ilə aralarında mübahisə yaranıb. Bu zaman sərnişin Ayşən Şükürova sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Ayşən Şükürova dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya  ilkin tibbi yardım göstərsələr də, vəziyyəti ağır olduğundan onu Bakı şəhərindəki ixtisaslaşdırılmış  xəsətxanlaradan birinə göndəriblər.

 

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.