• 11:38

Goranboyda yolun uçması yerli sakinlər üçün təhlükə yaradıb

14 Sentyabr 2020, 16:24

Yol,çökdü bir neçə gün sonra isə iri quyu yarandı, görüntülər Goranboyun Nərimanlı kəndində lentə alınıb.

 

Yerli sakinlər bildirir ki, günbəgün uçub dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyacanlı anlar yaşanır. Kənd sakini Pərvanə Əliyeva deyir ki, yarana biləcək problemdən sığortalanmaq üçün həmin hissəyə daş və müəyyən işarə verici əşayalar qoyub.

 

Goranboyun  Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazıldığından yerli sakinlər yarananan quyunun onunla əlaqəli olmasını iddia edirlər. Onlar adiyyatı qurumların əraziyə baxış keçirdiyini də bildirdilər.

 

Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşrəvan Əliyev bildirib ki,kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması üçün işlərə başlanıb. Onu da qeyd edək ki, illər öncə həmin kənddə və rayonun digər ərazilərində neft kəşfiyyat quyuları qazılıb.