• 05:48

Goranboyda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil kafeyə girib

15 Sentyabr 2020, 11:46

Goranboyda dəhşətli, qəza baş verib.

 

Hadisə Goranboy-Ağcakənd yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində qeydə alınıb. İdarə etməni itirən sürücü yol kənarında fəaliyyət göstərən kafeyə girib. Ağır qəza zamanı 26 yaşlı Araz Hümbətov hadisə yerində dünyasını dəyişib. Yüksək sürətlə idarə olunan minik maşını yol kənarındakı ağacları qıraraq kafenin bir hissəsini də uçurub. Qəza zamanı ictimai iaşə obyektində olanlardan xəsarət alan olmayıb. 

 

Baş verən hadisəynən bağlı araşdırma aparılır.