• 06:01

Mingəçevirdə bayraqlarla bəzədilən ev hər kəsin marağına səbəb olur

15 Sentyabr 2020, 12:31

“Nur şəhəri”ndə bayraqlarla bəzədilən evi, səfirliyə, türk şirkətinə bənzədənlər az deyil. Əslində isə burada 1918-ci ildə Nuru Paşanın qoşunu ilə ölkəmizə gəlib, Bakının azad olunmasında iştirak edən Abdulla Şamxalovun törəmələri yaşayır. Abdulla kişi 34 il öncə vəfat etsədə onun ölkəmiz üçün xidmətləri unudulmur. Türk əsgərinin 5 övladının ən böyüyü Məhərrəm Şamxalov atasınan qürur duyduğunu deyir. Hətta özündən kiçik qardaşının Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olduğunu da bildirib. 

 

Mingəçevirdə hərkəsin diqqətini çəkən evə gəldikdə isə, Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədiklərini deyib. Ən maraqlı məqam is odur ki, buranı bəy,gəlin hərbi xidmətə gedənlər daha çox ziyarət edib,fotolar çəkdirirlər. 

 

Nuru Paşanın qoşununda döyüşüb Mingəçevirdə qalanlardan biri də Vəli Əliyev olub. Türkiyənin böyük şəhərlərindən olan İstambulda doğulan türk əsgər 1979- cu ildə ölkəmizdə vəfat edib. Qeyd edək ki, hər iki türk döyüşçünün məzarı Mingəçevirdə yerləşən Əli qəbirstanlığındadır.