• 11:20

Təhsil naziri Tovuz və Qazaxda bir neçə məktəbin açılışında olub

16 Sentyabr 2020, 12:32

Təhsil naziri Tovuzda 3, Qazaxda isə bir məktəbin açılışnda olub. İlk öncə Tovuz Köhnə Qala kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olan təhsil nazirinə bildirilib ki, 624 şagird yerlik  məktəbin binası 2 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.  Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb. 

 

Sonra Nazir və digər nümayəndələr Tovuz rayonu, Dondar Quşçu kənd tam orta məktəbində olub və məktəbdə aparılan əsaslı təmir işləri ilə yaxından tanış olub. Bildirlib ki, 620 şagird yerlik məktəbin təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekunlaşdırılıb. Məktəb otaqları zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. 

 

Nazir Tovuz  şəhəri, A.Qasımov adına yeni inşa olunmuş məktəbdə yaranmış şəraitlə də tanış olub. Bildirilib ki, A 624 şagird yerlik məktəb Heydər Əliyev Fondu tərəfindən 2020-2021-ci tədris ilində istifadəyə verilib. Məktəb 3 mərtəbəli tədris korpusundan, idman zalından ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. 

 

Nazir həmçinin pandemiya dövrü ilə bağlı təhsil sahəsində baş verən dəyşikliklərdən və distant təhsil sistemindən də danışıb.

 

Daha sonra Qazax rayonu,İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində olan Təhsil nazirinə burada görülən işlərlə bağlı məlumat verilib.Bildirilib ki, 1176  şagird yerlik məktəbdə əsaslı təmir  2019-cu ilin iyun ayının sonlarında başlanıb və  2020-ci ilin iyun  ayının sonlarında  yekunlaşıb.

 

Məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 3 mərtəbəli,ikinci korpus 2 mərtəbəlidir.