• 10:12

AQTA Cəlilabadda ictimai iaşə müəssisələrində monitorinqlər keçirib

16 Sentyabr 2020, 12:46

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti qurumlarla birgə paytaxt Bakı ilə yanaşı respublikanın bütün bölgələrində mütəmadi olaraq maarifləndirici monitorinqlər keçirir.

 

Növbəti belə monitorinq Cəlilabadda yerləşən ictimai iaşə müəssisələrində keçirilib. Monitorinqlər zamanı sahibkarlıq subyektlərində metodiki göstərişlərin tələblərinə əməl edilməsi vəziyyəti öyrənilir, sahibkarlara Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələbləri izah edilir.

 

Qeyd edək ki, İaşə məkanının giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.İaşə  Müəssisəsinin daxilində 2 metrlik sosial məsafəni gözləmək şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməlidir.