• 16:54

Salyanda pambıqçılığın inkişafına maraq artırılır

18 Sentyabr 2020, 12:27

Salyanda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu və Salyan Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə pambıqçılığın inkişafı yönündə seminar keçirilib. 

 

Seminar "Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi" mövzusunu əhatə edib.  İnstitutun alimləri, pambıqçılıq şirkətlərinin nümayəndələri və bu sahə ilə məşğul olan fermerlər təcrübə sahələrinə baxış keçiriblər. Əkilən yerli pambıq sortları yerindəcə təhlil edilib, üstün cəhətləri fermerlərin diqqətinə çatdırılıb. 

 

Açıq tarla şəraitində sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunan seminarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov təsərrüfat sahiblərinə aqrar sahə mütəxəssisləri üçün keçirilən onlayn təlimlər haqqında məlumat verib. Seminarda müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib və tarlada nümayiş olunan sortlara baxış keçirilib