• 16:45

Kürdəmirdə qəzalı vəziyyətdə olan bağça

18 Sentyabr 2020, 12:30

Kürdəmirdə yerləşən şəhid Elşən Abdurahmanov adına 5 saylı uşaq bağçası bərbad vəziyyətdədir. 

 

Bağçada çəkiliş aparmağımızı istəyən tərbiyəçilər mövcud vəziyyətin illərdən bəri davam etdiyini bildiriblər. Qeyd edək ki, 5 saylı körpələr evi-uşaq baxçası 1988-ci ildə inşa edilib.  Bağça Sovetlər dönəmində tikilsə də, indiyədək binada heç bir təmir-tikinti işləri görülməyib. Bu baxımdan 32 illik dövr ərzində baxçanın dam örtüyü, divarları, döşəməsi sıradan çıxıb. Həyətyanı sahəsi də dörd bir yandan zibil tullantıları ilə əhatə olunub. Baxçanın nə bir doğru düzgün giriş qapısı var, nə də ki hasarı. 

 

Nəzərə alsaq ki, burada gələcəyimiz olan körpələr tərbiyə olunur, təhlükənin nə qədər ciddi olduğunu dərk etmək çox asandır. Asan olduğu qədər də pafosla desək, faciəlidir. 

 

Bağça rəhbərliyi və kollektivi dəfələrlə aidiyyəti qurumlara məsələ ilə bağlı müraciət etsələr də, onların səsinə səs verən olmayıb. Hazırda bağça qəzalı vəziyyətdə fəaliyyət göstərməkdə davam edir. Məlumat üçün onu da əlavə edək ki, bağça 2 növbədə fəaliyyət göstərir, 95 şagird yerlikdir və uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 28 nəfər işci məşğul olur.