• 16:29

Goranboyda yük maşını qəfildən yanıb

18 Sentyabr 2020, 12:35

Yük maşını qəfildən alışdı, daşıdığı yükün bir hissəsi yanaraq yola dağıldı. Hadisə Bakı-Qazax avtomagistralının Goranboydan  keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan sementlə dolu yük avtomobilinin qoşqusu qəfildən alovlanıb. Sürücü yanğının genişləndiyini görüb, sükana hakimiyyəti itirməsədə, avtombildə baş verən yanğına mane ola bilməyib. Alov tez bir zamanda iritonnajlı maşının qoşqusunu ağuşuna alıb. Hadisə yerinə 2 yanğınsöndürmə birqadası cəlb edilib.

 

Alov söndürülüsədə yük maşının qoşqusu və ora yığılan yükün bir hissəsi yanaraq yararsız hala düşüb. Hadisə baş verən ərazidə bir müddət avtomobillərin hərəkətində çətinlik yaranıb. Faktla bağlı araşdırma aparılır.