• 16:19

Gədəbəydə tarixi-memarlıq abidələrinə media-tur təşkil edilib

18 Sentyabr 2020, 13:53

Gözəllik məkanı buradan başlayır. Cənnəti görmək istəyənin Gədəbyin Qız qalasına gəlməsi kifayət edər. Gədəbəy rayonu füsnükar təbiəti ilə yanaşı həm də Yerli, ölkə və dünya əhmiyyətli tarixi abidələri ilə turistləri özünə cəlb edib. Rayon ərazisində bu cür  abidələr çoxdur. Onlardan biri də təxminən 9-cu əsrə aid edilən Qız qalasıdır. Bu abidənin turizm əhəmiyyəti nəzərə alınaraq, qayalıq zirvədə yerləşən qalaya avtomobil yolu da çəkilib. Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bu abidə ilə yaxından tanış olmaq ücün mediatur təşkil edilib. Əvvəllər ətrafı qayalıq, sıx meşə örtüyü olan bu qalaya yalnız piyada qalxmaq mümkün idi. Hazırda isə rayon mərkəzində qız qalası abidəsinin ətafına kimi təxminən 16-17 km uzunluğunda yol cəkilib. Yol boyu isə  sərin minaeral bulaqlar, dağ çayı, sıx meşələri və zəngin təbiət hər kəsi özünə cəlb edir. Gördüyünüz bu ərazilər turizmin inkişafı üçün əlverişli şəraitə malikdir.  Eyni zamanda Qız qalasına çəkilən bu yolun ətrafında 4-cü əsrə aid ölkə əhamiyyətli, el arasında Mahrasa məbədi kimi tanınan tarixi abidəyə də artıq gediş-gəliş asanlaşdırıb.

 

 

Növbəti dayanacaq isə qız qalasıdı. Turistlərin Qız Qalasını ziyarət etməsi üçün yol çəkilsə də, bu yol yalnız hələlik dağın ətəyinə qədər gəlib çıxa bilir. Gördüyünüz kimi yenidən Qız qalasına qalxmaq üçün çay kənarından  dağa  400 metr məsafəni piyada qət etmək lazım gəlir.

 

Qala divarlarının hündürlüyü 15 metrdən çoxdur. 5 yarımdairəvi sütundan ibarət Qız qalası kompleks tikili halındadır. Sütunlar hündürlüklərinə və diametrlərinə görə bir-birindən fərqlənir.

 

Qız qalası ölkə əhəmiyyətli tarixi abidə kimi Azərbaycan Respublikası Nazirlər Kaqbineti tərəfindən qeydiyyata alınmış və invertallaşmışdır. Qalanın bir özəl xüsusiyyəti də ondan ibarətdir ki, qalanın sütunlarından biri Bakı şəhərindəki Qız qalasının sütunları ilə eynilik təşkil edir ki, bu da onu göstərir ki, qala mühəndis istehkam xarakterlidir. Qeyd edək ki, yaxın gələcəkdə rayon icra hakimiyyəti tərəfindən,  Gədəbəydə yerləşən Qız qalasına 400 metr qalmış piyada cığırında pilləkənlərin inşa olunması nəzərdə tutulub.