• 09:27

Xaçmaz sakinlərindən cəbhədəki əsgərlərimizə dəstək

10 Oktyabr 2020, 16:06

Xaçmaz sakinləri vətənimizin bütövlüyü uğrunda gedən döyüşlər zamanı cəbhəyə dəstək göstərməyə davam edirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Belə ki, ölkə başçısının "Qarabağ Azərbaycandır!" çağrışını, həmrəylik və birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən Xaçmazlılar da cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edən əsgərlərmizə müxtəlif növdə qida məhsulları və geyim ləvazimatları yardım  ediblər. 

 

Könüllü şəkildə təskil olunan yardım aksiyasında Xaçmaz sakinləri böyük sevgi ilə iştirak ediblər. 

 

Qeyd edək ki, rayon sakinləri cəbhəyə 2 TIR rezin çarx və  20 Mikroavtobus ərzaq yardımı göndərib. Xaçmazlılar ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan rayon sakinləridə daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.