• 09:37

Xaçmaz məktəblərində vətən eşqi

14 Oktyabr 2020, 16:48

Məktəblilərin vətənpərvərlik ruhunda böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz, təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar genişdir. Təhsil ocaqlarında tədris olunan fənlərin tədrisi şagirdləri biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlik şüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir. Şagirdlərdə milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil dövlət quruculuğu yolunu seçən ölkəmizin prioritet istiqamətlərindəndir. Elə çəkiliş aoardığımız Xaçmaz məktəblərindən birində də bunun şahidi olduq

 

Ölkəmizin qüdrəti və müstəqilliyi vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı hesabına əldə edilib. Ota məktəbdə şagirdlərə elm, təhsil verməklə bərabər onların milli ruhda böyüməsi, həmçinin mənfur düşmənlərmizin bizim torpağlarmızda törətdikləri münaqişələr haqda bilmələri vacib şərtlərdəndir. Bu təkcə valideynlərin deyil həm də müəllimlərin vəzifəsidir.

 

Qeyd edək ki cəbhədə bir neçə gün ərzində gedən döyüşlər xalqımızda böyük ruh yüksəkliyi olduğunu göstərdi. Həm də onu gördük ki, vətən üçün təkcə əsgərlərmiz deyil, yaşından asılı olmayaraq hər bir vətəndaşımız canından keçməyə hazırdır.