• 09:17

“Azərişıq” ASC Rus Borisi kəndində yenidənqurma işlərinə start verib

16 Oktyabr 2020, 12:18

“Azərişıq” ASC Goranboy EŞ–nin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.

 

Bu barədə İnterAz-a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

İlk dəfə 1949- cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal- materal göndərilib.

 

Rus Borisi kəndi 2004 –cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan y/st – dan qidalanır.