• 09:34

Zaqatala Rayon Polis Şöbəsi tərəfindən əhali arasında maarifləndirici tədbirlər keçirilib

17 Oktyabr 2020, 11:45

Zaqatala Rayon Polis Şöbəsi tərəfindən koronavirusla əlaqədar əhali arasında maarifləndirici tədbirlər keçirilib.

 

Əhalinin sıx hərəkət etdiyi küçələrdə və dayanacaqlarda sürücü,sərnişin və piyadalarla söhbət apararaq,koronavirus pandemiyasının başlanğıc dövründə olduğu kimi, bu günlərdə də hər kəsin qaydalara tam əməl etməli olduğu vurğulanıb.Bildirilib ki, insanlar qaydalara əməl etməsə virusa yoluxanların sayında yenidən kütləvi artım ola  bilər. COVID-19 infeksiyası ilə mübarizə uzunmüddətli prosesdir. Ona görə də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davametdirilməsi vacibdir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına və tövsiyələrinə, xüsusi karantin rejimi qaydalarına daha ciddi riayət olunmalı, sosial məsafə və qoruyucu dezinfeksiya vasitələrindən isttifadə kimi vacib şərtlərə əməl edilməlidir.