• 02:04

Qubadlı sakini uzun həsrətdən sonra yaxınlarının məzarını ziyarət edib

18 Noyabr 2020, 12:32

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Artıq 30 ilə yaxındır, hamımızın qəlbində torpaq həsrəti vardı. Və budur Zaman gəlib yetişdi. Azərbaycan  Ordusunun zəfər  yürüşü  bütün hər kəsi olduğu kimi Qubadlıları da  arzusuna çatdırdı.Bunun ən mükəmməl nəticəsidir ki, bu gün şanlı bayrağımız   Qubadlıda  dalğalanır. Həmsöhbətimiz əslən Qubadlı rayonunun Qaraqoyunlu kəndindən  olan Surxay Hüseynovun sözlərinə görə, hər ötən gün etdiyi dualarda düşmən tapdağında olan torpaqlarımızın qayıtmasını diləyib və nəhayətində uca rəbbimiz onun bu istəyini reallaşdırıb. 

 

Azərbaycan əhalisinin tarixən əhəmiyyət verdiyi dəyərlərdən biri də şəhidlər sərvəri İmam Hüseynə olan eşq və məhəbbətdir. İkinci Qarabağ müharibəsində də xalqın bu dəyərə verdiyi önəm və əhəmiyyət özünü daha qabarıq şəkildə göstərdi. Surxay Hüseynovun işğaldan azad edilən ərazilərə dönərək, yaxınlarının məzarını ziyarət etməsi və vaxtilə Kərbəladan gətirdiyi torpağı atasının qəbrinə tökməsi də bu dəyərlərin bariz nüumunəsidir.

 

 

Qarabağ müharibəsi veteranı olan Nazim Hüseynov isə bildirib ki, İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki Azərbaycan xalqı düşmənə qarşı bir yumruq kimi birləşməyi bacarır.

 

Nazim Hüseynov həmçinin əlavə edib ki, mənfur düşmən təkcə yaşayış məntəqələrimizi dağıtmaqla kifayətlənməyib həmçinin xalqımız üçün böyük mnəvəi əhəmiyyət kəsb edən məzarlıqlarımızı da yerlə yeksan edib. 

 

O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Bu yolda addımlamaq hər kəs üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizlərdən hər zaman hünər və rəşadət gözləyir...

 

“Torpaq uğrunda ölən varsa Vətəndir” -deyirlər.  Biz həm masada, həm də digər sahələrdə güclüyük. Qoy, bütün dünya görsün ki, qələbə bizimdir. Qarabağ Azərbaycandır!