• 03:32

Ağsuda yollar yenidən qurulur

18 Noyabr 2020, 12:39

Ağsuda yollar yenidən bərpa edilir. Şəhərin küçələrinə müasir asfalt örtüyü vurulur.

 

Rayonda ötən aydan başlayaraq yolların asfaltlanması işləri start götürüb. Artıq bir neçə küçədə proses başa çatıb və hal-hazırda digər küçə və prospektlərdə də işlər davam edir. 2-ci texniki dərəcəyə aid olan yollar, əsasən, çınqıl daşı, qırma daşı və asfalt örtüyündən hörülür.

 

 Qeyd edək ki, əvvəlki vaxtlarda yolların əlverişsiz olması sakinlərin də gəliş-gedişinə, ümumən hərəkətinə mane olurdu. Artıq yolların asfaltlanması ilə bu problem də aradan qalxmış oldu.

 

Asfalt örtüyünün eni və uzunu küçələrin sahəsinə görə dəyişir, hündürlüyü isə 5 sm-dir.