• 10:48

Ağstafada taksi fəaliyyəti ilə məşğul olan koronaviruslu şəxs aşkarlanıb

24 Noyabr 2020, 11:49

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

 

Ağstafa Rayon Prokurorluğunun İnterAz-a daxil olan məlumatında bildirilib ki, noyabrın 7-də COVID-19 virusu ilə bağlı test analizi verən rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, bir gün sonra idarə etdiyi “VAZ-2106” markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Polis Şöbəsinə göndərilib.

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.