• 07:49

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi zamanı iki nəfar həyatını itirib

24 Noyabr 2020, 15:16

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili diaqnostika mərkəzinin əməkdaşlarını vuraraq öldürüb. 

 

Hadisə səhər saatlarında Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb. “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub.  Qəza nəticəsində hər iki piyada hadisə yerindəcə həyatını itirib. Qəzanın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyi, faktla bağlı araşdırma aparılır.