• 01:13

Laçının işğaldan azad olunması Kürdəmirdə sevinclə qeyd olunub

02 Dekabr 2020, 13:12

Laçının işğaldan azad olma xəbəri Kürdəmirdə böyük sevinc hissi ilə qarşılanıb. Ali Baş Komandanımızın xalqa müraciətindən sonra rayonda əsl bayram ab-havası yaşanıb.

 

Rayon gəncləri bu münasibətlə avto yürüş keçirib. Azərbaycan və Türkiyə bayraqları səmalarda dalğalanıb. Rayonun küçə və prospektlərini gəzən sakinlər Şəhidlər Xiyabanını da ziyarət ediblər.

 

Artıq Qarabağımızdan əzan səsi, tütək səsi, muğam ifası duyulur. Geriyə isə qalır yalnızca o torpaqların əsl sahiblərinin öz dədə-baba yurdlarına dönmələri. İnanırıq ki, ən qısa zamanda bu proses də baş tutacaq və öz torpaqlarına qovuşmaq üçün fələkdən gün çalan vətəndaşlarımız elə o torpaqlara da dönəcəklər.