Goranboyda yanğın zamanı ev sahibi ölüb
02 Dekabr 2020, 13:21
Goranboyda yanğın baş verib 46 yaşlı kişi dünyasını dəyişib.
Hadisə rayonunun Kürəkçay qəsəbəsində baş verib. Ümumi sahəsi 525 m² olan birmərtəbəli çoxmənzilli fin tipli yaşayış evində ayrı-ayrı vətəndaşlara məxsus 5 mənzilin yanar konstruksiyaları və dam örtüyü 249 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzil sahiblərindən biri, 1974-cü il təvəllüdlü Altay Verdiyevin yanmış meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırlır.