Tovuzda yol qəzası piyadanın ölümü ilə nəticələnib
02 Dekabr 2020, 13:29
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Tovuz Əlibəyli yolunda qeydə alınıb. Ələsgər Hüseyinov idarə etdiyi Kamaz markalı avtomobillə yolu keçmək istəyən 44 yaşlı Tovuz rayon Aşagı Quşçu kənd sakini Mehman Məmmədovu vurub Həkimlərin səyinə baxmayaraq müxtəlif bədən xəsarətləri alan yaralı gecə saatlarında xəstəxanada dünyasını dəyişib Hadisə yerinə hüquq -mühafisə orqanları cəlb olunub
Faktla baglı Tovuz rayon prokrorlugu tərəfindən araşdırma aparılır.