• 01:20

Düşmənin xeyli sayda canlı qüvvə və texnikasının məhv edilməsində böyük şücaətlər göstərən qazi Nicat Tapdıqlı

13 Yanvar 2021, 12:10

Tapdıqlı Nicat Hidayət oğlu, 1992-ci ilin 8 avqust tarixində İmişli rayonunun Qızılkənd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Ukraynada hüquqşünaslıq üzrə ali təhsil alıb. Təhsili bitər-bitməz müddətli həqiqi hərbi xidmətə yollanıb. Bir müddət doğma rayonunda qalan Nicat qeyri-ixtisas sahələrində peşə fəaliyyəti göstərib. Düşmənin ordumuza qarşı həyata keçirmək istədiyi iyrənc planları zamanı könüllü olaraq ön cəbhəyə yazılıb və sentyabrın 29-u qızğın döyüşlərin getdiyi təmas xəttinə yollanıb. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

 

 

Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərib. Cəbrayıl ərazisində ağır qəlpə yarası alıb. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra yenidən könüllü olaraq səngərlərə qayıdıb. Geri döndüyündə döyüş yoldaşları artıq Qubadlıda olduğundan o da həmin ərazilərdə vətənin keşiyini çəkməyə davam edib.

 

 

Qeyd edək ki, Nicat ordu sıralarında göstərdiyi qəhrəmanlıqlarına görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü”, “Cəbrayılın alınmasına görə”, “Qubadlının alınmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Subaydır, ailənin ilk göz ağrısıdır, özündən kiçik 3 bacısı var.