• 01:21

Lerikdə torpaq sürüşməsi yaşayış evlərinə ziyan vurub

13 Yanvar 2021, 17:21

Lerikdə yaşayış evləri torpaq sürüşməsinə məruz qalıb. Evlərinin hər an uçmaq təhlükəsi olan kənd sakinləri narahatdır.

 

Kənddə əsasən çay boyunca 1 km-ə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib. Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir. 

 

 

Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb. 

 

Kənd icra nümayəndəliyindən isə bildirilib ki, aidiyyatı orqanlara məsələ ilə bağlı məlumat verilib.

 

Evlərinin hər an uçmaq təhlükəsi olan kənd sakinləri tezliklə aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlərin görülməsinə ümid edirlər.