• 10:06

13 il öncə şəhid ailələri və müharibə əlilləri üçün tikilən binada hələ də istilik sistemi yoxdur

14 Yanvar 2021, 12:42

13 il öncə şəhid ailələri və Qarabağ əlilləri üçün tikilən 4 mərtəbəli binada hələdə istilik sistemi yoxdur. Mingəçevir şəhəri Cəmil Əliyev 21-də yerləşən binada 36 ailə yaşayır. Sakinlər bildirir ki, 2008-ci ildə bina ilə yanaşı yaxınlığında qazanxada tikilib. Həmçinin evləri isitmək üçün avadanlıqlarda quraşdırılıb. Amma həmin gündən 13 il keçsədə qazanxana hələdə işə salınmayıb.

 

Sözügedən binanın sakini olan Firəngiz İmanovanın həyat  yoldaşı 1-ci Qarabağ müharibəsində şəhid olub. Oğlu isə hazırda hərbidə xidmət edir. Şəhid ailəsi istilik əldə etmək üçün,elektrik qızıdrıcısı və mətbəxin qaz pilətəsindən istifadə etkilərini deyir. Oda onlar üçün baha başa gəlir. Firəngiz İmanova otaqlarda istilik olmadığından divarlarında soyuqdan yarasız hala düşdüyünü bildirir.

 

Mingəçevir şəhəri Cəmil Əliyev 21 ünvanında yerləşən bina sakinləri mövcud vəziyyətlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinə müraciyyət ediblər. Bildirilib ki,bina Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin balanasında olduğundan onlara hər hansı kömək edə bilmirlər. İndi sakinlər adiyyatı qurumlardan tezliklə məsələnin həll edilməsini, soyuq qış günlərində mənzillərinin isdilməsini gözləyirlər.