• 07:41

Yağan qar Ağsu dolaylarında nəqliyyatın hərəkətində çətinliklər yaradıb

22 Yanvar 2021, 12:43

Ötən gündən başlayaraq aramsız şəkildə davam edən qar Ağsu dolaylarında da nəqliyyatın hərəkətinə maneələr törədib.

 

İnterAz xəbər verir ki, belə ki, texniki cəhətdən hazırlıqsız yola çıxan və naşı sürücülər bir sıra çətinliklərlə üzləşib. Hətta bəzi yolçular gecəni maşınlarda gecələməli olub. Səhər saatlarından başlayaraq yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb edilib. Canlı qüvvə və texnikalar vasitəsilə qarın təmizlənərək yolların açılması işlərinə başlanılıb. Yollara buzdan açılması üçün duz və qum qarışığı səpilib. Bu cür önləyici tədbirlərlə buz tutmuş yol tədricən gediş-gəliş üçün əlverişli vəziyyətə salınıb. İdarənin baş mühəndisi Eyyub Məcidov sürücülərə müraciətlə axşam saatlarında həmin yoldan yox, digər alternativ yol olan Kürdəmir-Bakı yolundan istifadə olunmasını tövsiyə edib. Səbəb olaraq bildirib ki, axşam saatlarına doğru dolaylar yenidən buz bağlayacağı qaçılmazdır və bu hal bəzi naşı sürücülərə problem yarada bilər.