• 08:16

Goranboyda yol qəzası 3 nəfərin xəsarət alması ilə nəticələnib

22 Yanvar 2021, 13:14

Goranboyda qəza baş verib, 3 nəfər xəsarət alıb.

 

Hadisə gecə saatlarında Goran-Naftalan yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb. Qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarına çəkib. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldımağa çalışıb. Bu zaman adıçəkilən yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarə etmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Əhmədov, Həmid Qurbanov və Yadigar Əsgərzadə müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəza zamanı xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləri olub. Onlar müxtəlif meyvə ağclarının tinglərini avtomobildə daşıyırlarmış. Yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb.

 

Faktla bağlı araşdırma aparılır.